Azərbaycanın iki şahmatçısı Avropa birinciliyində mübarizəni uğurla davam etdirir
Slovakiyanın paytaxtı Bratislavada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində Azərbaycan şahmatçıları mübarizəni uğurla davam etdirirlər.

Müxtəlif yaş kateqoriyalarında çıxış edən şahmatçılarımızdan Səadət Bəşirli və Dinarə Hüseynova maksimum xal toplayaraq turnir cədvəlində liderliyi ələ keçiriblər. Digər təmsilçilərimiz Read Səmədov, Cahandar Azadəliyev, Ayan Allahverdiyeva beş turdan 4,5 xal toplayaraq liderlər qrupunda mübarizə aparırlar.

Qitə birinciliyində 49 ölkədən 8-18 yaşlı 1300-dən çox yeniyetmə şahmatçı iştirak edir.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 835 dəfə oxundu.