Əbu-Dabidə keçirilən 26-cı şahmat festivalı çərçivəsində blits turnirinə yekun vurulub
Əbu-Dabidə keçirilən 26-cı şahmat festivalı çərçivəsində blits turnirinə yekun vurulub.

Turnirdə Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni beynəlxalq usta Aydın Süleymanlı (2309) göstərib. Təmsilçimiz 11 turdan 8 xal toplayaraq doqquzuncu pillədə qərarlaşıb. Bu, 14 yaşlı şahmatçımız üçün yaxşı nəticədir. Çünki yarışın yekunlarına görə ilk onluqda reytinqi 2500-dən yuxarı olan qrossmeysterlər qərarlaşıblar.

Atilla Eynullayev (1937) 6,5 xal, Altay Eynullayev (2174) 6 xal qazanıblar.

Blits turnirinin qalibi 9,5 xal toplayan iranlı qrossmeyster Parham Maqsudlu (2729, İran) olub.

Xəbər 784 dəfə oxundu.