Tac matçında sülh qorunur
Moskvada dünya şahmat tacı uğrunda hindistanlı dünya çempionu Vişvanatan Anand və israilli namizəd Boris Gelfand arasındakı matçın ikinci partiyası baş tutub. İdman.com.az saytı xəbər verir ki, ikinci partiya da heç-heçə başa çatıb. İki turdan sonra hesab bərabərdir: 1:1. Üçüncü partiya bazar ertəsi keçiriləcək. Anand bu dəfə ağ fiqurlarla oynayacaq.

Xəbər 1092 dəfə oxundu.