Naxçıvanlı şahmatçılar beynəlxalq şahmat turnirində növbəti dəfə uğur qazanıblar
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının yetirmələri Ankarada təşkil olunan Çubuk Bələdiyyəsi V beynəlxalq şahmat turnirində növbəti dəfə uğur qazanıblar.

Turnirdə iştirak edən 8 və 10 yaşlı naxçıvanlı zəka sahibləri A və B qruplarında mübarizə aparıblar.

Turnirdə çıxış edən şahmatçımız Ərturan İsmayılov qalib adını qazanıb. Nazlı Hümbətova isə qızlar arasında üçüncü olub.

Sonda qalib idmançılarımız təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Xəbər 787 dəfə oxundu.