“Neftçi” və “Qarabağ” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib
“Neftçi” və “Qarabağ” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, paytaxt təmsilçisi III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə “Malmö” (İsveç)–“Zrinski” (Bosniya və Herseqovina) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

“Qarabağ” isə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi Kiprin “APOEL” komandasına uduzarsa, “Sutyeska” (Monteneqro)–“Linfild” (Şimali İrlandiya) duelində qalib gələn komanda ilə qarşılaşacaq.

UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə avqustun 29-da oynanılacaq.

Xəbər 733 dəfə oxundu.