Kirişidə fərqli start
Rusiyanın Kirişi şəhərində şahmat üzrə 10-cu beynəlxalq «Dünyanın gənc ulduzları» turniri start götürüb. Vanya Somovun xatirəsinə həsr olunmuş turnirin 12 iştirakçısı sırasında iki təmsilçimiz var. İdman.cim.az saytı xəbər verir ki, Zaur Məmmədov ilk turda özbəkistanlı Cahangir Vahidova qalib gəlib. Kənan İzzər rusiyalı Vladislav Artemyevə yenilib. Turnir mayın 23-dək davam edəcək.

Xəbər 984 dəfə oxundu.