İdmançılarımız Uşu üzrə Açıq Balkan Çempionatında uğurlu çıxış ediblər
Türkiyənin paytaxtı Ankarada keçirilən Uşu üzrə Açıq Balkan Çempionatına yekun vurulub.

Ölkəmizi yarışlarda təmsil edən yeniyetmələrdən Amal Məmmədov (40 kq), Pərviz Abıyev (42 kq) və böyüklər arasında dördqat Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov (56 kq) çempionatda bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Digər idmançılarımız Cəlal Seyidov (32 kq) və Böyükağa Məstanov (36 kq) finala vəsiqə qazanıblar. Lakin finalda idmançılarımızın rəqibləri güclü olduğundan gümüş medalla kifayətləniblər.

Qeyd edək ki, ölkəmizi çempionatda 20 idmançı təmsil edib. Yarışda ümumilikdə 10 ölkənin idmançıları birincilik uğrunda mübarizə aparıb.

Xəbər 757 dəfə oxundu.