“Zədələr zamanı ilkin tibbi yardım” mövzusunda seminar təşkil olunub
Milli Gimnastika Arenasında Lomonosov adına Moskva Dövlət Universiteti və “Alfamed” kurslarının birgə layihəsi əsasında “Zədələr zamanı ilkin tibbi yardım” mövzusunda seminar keçirilib.

Mütəxəssislər Aleksandr Avramov və Qalya Qubaydulina tərəfindən keçirilən həm nəzəri, həm də təcrübi hissələrdən olan seminarda gimnastika növləri üzrə yığma komandaların tibbi heyəti iştirak edib.

Kursların əsas mövzusu zədələr zamanı idmançılara kömək etmək üçün bilik və bacarıqların formalaşdırılması, hadisə yerinin və xəstənin vəziyyətinin qiymətləndirilməsi, həmçinin tibbi yardım zamanı uyğun vasitə seçimi və digər tibbi biliklərin artırılmasını əhatə edib.

İki gün davam edən kursların sonunda iştirakçılara ITLS sertifikatları təqdim olunub.

Xəbər 752 dəfə oxundu.