“Neftçi” komandası “Arsenal”ı (Tula) böyük hesabla məğlub edib
Bakının “Neftçi” futbol klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Arsenal”ı (Tula, Rusiya) böyük hesabla məğlub edib.

“Bakcell Arena”da keçirilən görüşün 93-cü dəqiqəsində Bakı təmsilçisinin heyətində Mamadu Mboj fərqlənib – 3:0.

Komandalar arasında Tulada keçirilən ilk oyunda “Neftçi” 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Neftçi” birinci mərhələdə Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.

Xəbər 1005 dəfə oxundu.