"Bakı”nın yarımmüdafiəçisi "Baltic Cup"da
"Bakı”nın futbolçusu Deyvidas Çesnauskis Litva milli komandasına çağırılıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Litva Futbol Federasiyasından “zolaqlılar”ın ünvanına daxil olan sənəddə yarımmüdafiəçinin 29 may - 8 iyun tarixləri arasında yığmaya dəvət olunduğu bildirilir.

Deyvidas mayın 29-da Rusiya milli komandasına qarşı oyununda meydana çıxa bilər. Litvalıların yığmamızın növbəti seçmə mərhələdə rəqibi ilə yoxlama matçı İsveçrənin Nyon şəhərində baş tutacaq.

Ardından Litva yığması 1-3 iyun tarixlərində Estoniyada təşkil olunacaq "Baltic Cup" turnirində iştirak edəcək. Təlim-məşq toplanışı iyunun 8-də Belarus millisi ilə Minskdəki oyunla yekunlaşacaq.

Qeyd edə ki, Çesnauskis 2001-ci ildən millisinin şərəfini qoruyur. O, yığmada keçirdiyi 47 oyunda 4 qol vurub.

Xəbər 995 dəfə oxundu.