Tir atıcılığı üzrə muxtar respublika açıq birinciliyinin qalibləri müəyyənləşib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atıcılıq Federasiyasının Şərur şəhərində fəaliyyət göstərən Tir Atıcılıq Mərkəzində birgə təşkil etdiyi tir atıcılığı üzrə muxtar respublika açıq birinciliyinə yekun vurulub.

Birincilikdə 20 idmançı iştirak edib. Yarışın yekun nəticələrinə əsasən Naxçıvan Dövlət Gömrük Komitəsinin əməkdaşı Kazım Cabbarov qalib adını qazanıb. Babək rayon təmsilçisi Rüstəm Bağırov ikinci, Kəngərli rayon təmsilçisi Süleyman Süleymanov isə üçüncü olublar.

Birinciliyin keçirilməsində məqsəd muxtar respublikanın şəhər və rayonlarında bədən tərbiyəsi və idman kollektivlərində tir atıcılığı idman növünün yeniyetmə və gənclər arasında təbliği, idman kollektivlərinin dostluq əlaqələrinin gücləndirilməsi, gənclər arasında döyüş qabiliyyətinin artırılması və müdafiə vərdişlərinin formalaşdırılması olub.

Qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıblar.

Xəbər 801 dəfə oxundu.