“Qəbələ”nin futbolçuları “Malaqa”da baxışdadır
“Qəbələ”nin üzvləri Gülağa Əsədov və Mehrac Baxşəliyev AFFA-nın dəstəyi ilə İspaniyanın “Malaqa” Futbol Klubunun Akademiyasında bu gündən etibarən avqustun 31-ə qədər baxışda olacaqlar.

Milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-dək azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərcinin AFFA tərəfindən ödənilməsi barədə qərar qəbul olunub.

Xəbər 761 dəfə oxundu.