Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Dominikan Respublikası ilə qarşılaşacaq
Avqustun 1-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə start verəcək.

24 yığma komandanın çıxış edəcəyi turnirdə Azərbaycan millisi “D” qrupunda yer alıb. Millimiz Braziliya, Dominikan Respublikası və Kamerun ilə qarşılaşacaq.

Komandamız ilk görüşünü Dominikan Respublikasına qarşı keçirəcək.

“A” qrupunda Serbiya, Tayland, Polşa, Puerto-Riko, “B” qrupunda Çexiya, Çin, Türkiyə, Almaniya, “C” qrupunda Argentina, Bolqarıstan, ABŞ, Qazaxıstan, “E” qrupunda Koreya Respublikası, Rusiya, Kanada, Meksika, “F” qrupunda isə Belçika, Hollandiya, İtaliya və Keniya birincilik uğrunda mübarizə aparacaq.

“A” qrupunun oyunlarına Polşa, “B” qrupunun görüşlərinə Çin, “C” qrupuna ABŞ ev sahibliyi edəcək. Millimizin çıxış edəcəyi “D” qrupunun matçları Braziliyada təşkil olunacaq. Rusiyada “E”, İtaliyada isə “F” qrupunun qarşılaşmaları keçiriləcək.

Lisenziya xarakterli təsnifat turnirində qrup birinciləri birbaşa “Tokio 2020”yə vəsiqə əldə edəcəklər.

Xəbər 799 dəfə oxundu.