Güləş üzrə dünya çempionlarımız Rumıniyada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar
Avqustun 2-dən 4-dək Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Yon Kornianu və Ladislav Simonun adına həsr olunmuş beynəlxalq turnir keçiriləcək.

Azsport.az Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, ölkəmizi bu yarışda üç yunan-Roma güləşçisi təmsil edəcək. Ənənəvi turnirdə məşqçi Emin Əhmədovun rəhbərliyi ilə dünya çempionlarımız Eldəniz Əzizli (55 kq) və Rəsul Çunayev (72 kq), eləcə də Beka Kandelaki (130 kq) mübarizə aparacaqlar.

Xəbər 750 dəfə oxundu.