Güləşçimiz Birgül Soltanova dünya çempionatının bürünc medalı uğrunda güləşəcək
Qadın idmançımız Birgül Soltanova Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə güləşçilər arasında dünya çempionatında bürünc medal uğrunda güləşəcək.

Azsport.az Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kiloqram çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparırlar.

Çempionatda 57 kiloqram çəki dərəcəsində çıxış edən Avropa çempionatının bürünc medalçısı B.Soltanova ilk görüşündə ukraynalı rəqibini məğlub edib. Dörddəbir finalda belaruslu güləşçi ilə qarşılaşmada son saniyələrədək əzmkar mübarizə sərgiləyən təmsilçimiz qələbə qazanaraq yarımfinala adlayıb. Ancaq həlledici görüşün bir addımlığında ABŞ güləşçisinə məğlub olan B.Soltanova avqustun 1-də bürünc medal uğrunda mübarizə aparacaq.

Xəbər 730 dəfə oxundu.