“Grand Chess Tour 2019": Şəhriyar Məmmədyarov blitz turnirində mübarizə aparacaq
Parisdə “Grand Chess Tour 2019” seriyasının üçüncü mərhələsi çərçivəsində blitz turniri start götürəcək.

Ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov ilk turda hollandiyalı Aniş Giri ilə qarşılaşacaq.

Qeyd edək ki, şahmatçımız bundan əvvəl təşkil edilən rapid yarışlarında 5 xal toplayıb. Fransalı Maksim Vaşe-Laqrav 9 xalla rapid yarışlarının qalibi olub. Blitz turniri 18 turdan ibarət olacaq və avqustun 1-dək davam edəcək.

Xəbər 733 dəfə oxundu.