Azərbaycan şahmatçısı İspaniyada açıq turnirdə ikinci yeri tutub
Azərbaycan şahmatçısı Namiq Quliyev İspaniyanın Siges şəhərində keçirilən açıq beynəlxalq turnirdə uğurla çıxış edib.

Doqquz turdan 7 xal toplayan şahmatçımız ikinci yeri tutub.

Turnirdə eyni xal toplayan rusiyalı Sergey Volkov əlavə göstəricilərə görə, birinci pillədə qərarlaşıb.

Xəbər 867 dəfə oxundu.