Azərbaycanın və Türkiyənin idman mətbuatı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
İyulun 30-da İstanbulda Azərbaycanın və Türkiyənin idman mətbuatı arasında əməkdaşlıq məsələlərinə həsr edilmiş görüş keçirilib.

Türkiyə İdman Yazarları Dərnəyinin (TSYD) baş ofisində keçirilən görüşdə Azərbaycanın “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Qabil Mehdiyev, Türkiyə İdman Jurnalistləri Təşkilatının prezidenti Oğuz Tongşir və qardaş ölkənin tanınmış idman jurnalisti, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS) Avropa regionu üzrə icraiyyə komitəsinin üzvü və xəzinədarı Murad Ağça iştirak ediblər.

Görüşdə, həmçinin iki ölkənin idman jurnalistləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunub. Qabil Mehdiyev TSYD-nin nəzdində yeni yaradılmış idman jurnalistləri muzeyi ilə tanış olub, həmçinin qurumun idman kompleksində mövcud şəraitlə maraqlanıb.

Q.Mehdiyev Azərbaycanın idman jurnalistlərinin adından IV İslam Həmrəyliyi Oyunlarının xatirə medallarını qardaş ölkənin idman yazarlarına təqdim edib.

Türkiyə Spor Yazarları Dərnəyi (TSYD) təkcə Avropanın deyil, dünyanın ən böyük media ictimai qurumlarından biridir. TSYD-nin nəzdində idman jurnalistləri muzeyi, idman klubu, açıq və qapalı üzgüçülük hovuzu fəaliyyət göstərir.

Xatırladaq ki, növbəti – V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək.

Xəbər 685 dəfə oxundu.