İbrahimoviç İtaliyanı tərk edə bilər
Bir həftə öncə «El Confidencial» qəzetində belə başlıqlı bir yazı dərc olunmuşdu: «Mou İbranı çağırır». O gündən Zlatan İbrahimoviçin «Real»a keçidi barədə söz-söhbət səngimir. İsveçlinin özü də sözü ilə oda köz atıb. İdman.com.az saytının məlumatına görə, Milan derbisindən sonra o, müsahibə verib:

«Əlbəttə ki, «A» Seriyanı bu il qazana bilməməyimiz üzündən məyusam. Bu, uzun illərdə mükafat qazana bilmədiyim ilk mövsümdü. Belə hal da heç xoşuma gəlmir. Mənim məqsədim qalib olmaqdı. Bilmirəm, ola bilsin ki, İtaliyanı tərk etdim. Lakin hələlik «Milan»la iki illik müqaviləm var. İndi klub rəhdərliyinin fikrini bilmək istəyirəm və məhz o zaman qərarımı qəbul edəcəyəm. Gələn mövsümdən «Milan»da oynamayacağımı istisna etmirəm».

Xəbər 1111 dəfə oxundu.