Yeniyetmə boksçularımız beynəlxalq turnirdə 1 qızıl və 1 bürünc medal qazanıblar
Dağıstanın İzberbaş şəhərində SSRİ İdman ustası Abdulla İdrisovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.

Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” idman klubunun yeniyetmə boksçuları da qüvvələrini sınayıblar.

Turnirdə məşqçi-müəllim Ceyhun Rüstəmovun yetirmələri Fərid Kosayev (52 kq) qızıl, Əhəd Rüstəmli (32 kq) isə bürünc medal qazanıblar.

Xəbər 841 dəfə oxundu.