Gənclər və İdman naziri velosipedçilərlə görüşüb
Gənclər və İdman naziri Azad Rəhimov Avropa Gənclər Olimpiya Festivalı ərəfəsində yarışa hazırlıq prosesi ilə yaxından tanış olmaq üçün Veloparkda olub. Nazir EYOF-un velosiped yarışlarının start və finiş nöqtələrinin yerləşdiyi bu idman qurğusunda görülən işlərlə bağlı ətraflı məlumat alıb. Sonra A.Rəhimov mötəbər yarışda iştirak edəcək velosipedçilərlə görüşüb, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, festivalda Azərbaycanı Lalə Əbdürəhmanova, Gülşən İsmayılova, Məleykə İsgəndərova, Nikita Sıtov, Mustafa Muxtarlı və Nofəl Nuriyev təmsil ediblər.

Xəbər 1147 dəfə oxundu.