Ronaldunun nişanlısı yenə diqqəti cəlb etdi
«Real»ın portuqaliyalı ulduzu Kriştiano Ronaldunun model nişanlısı İrina Şeyk yenə fotosessiya üçün şəkil çəkdirib. 26 yaşlı supermodel yenə də bütün dünyaya formasını qoruduğunu və gözəllik aləmində liderliyini əldən vermək istəməməsini nümayiş etdirib.

Yeni fotosessiya daha çox FHM jurnalının planetin ən cazibəli qadınlarının siyahısını açıqlaması ilə bağlı idi. Həmin siyahıda İrina 95-ci yerdədir. Şeyk geniş müsahibəsində ictimai rəyə barmaqarası baxmasını açıqlayıb. O, həmçinin bildirib ki, dəmir kimi möhkəm əsəblər olmadan model biznesinə qatılmaq əbəsdir. Lap əvvəldən sənə qarşı deyilənlərə hazır olmalısan və bütün bu xoşagəlməzliklərə əhəmiyyət verməməyi bacarmalısan.

Xəbər 1082 dəfə oxundu.