"Grand Chess Tour 2019": Şəhriyar Məmmədyarov iki turda qələbə qazanıb
Parisdə "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinin oyunları davam edir.

Ölkəmizi bu nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov rapid yarışlarının 3 turunda mübarizə aparıb. Şahmatçımız dördüncü turda rusiyalı Yan Nepomnyaşini, altıncı turda hollandiyalı Aniş Girini məğlub edib. Beşinci turda isə o, polşalı Kriştov Dudaya məğlub olub.

Qeyd edək ki, şahmatçımızın aktivində 5 xal var. Fransalı Maksim Vaşe-Laqrav 9 xalla turnir cədvəlinin lideridir.

Xəbər 719 dəfə oxundu.