Azərbaycan cüdoçusu Zaqreb Qran-prisində bürünc medal qazanıb
Xorvatiyanın Zaqreb şəhərində keçirilən cüdo üzrə Qran-pri yarışı başa çatıb.

Azərbaycanı təmsil edən İrina Kindzerska beynəlxalq turnirin sonuncu günü bürünc medal qazanıb. Portuqaliya, Monqolustan, Ukrayna, Tunis idmançılarına qalib gələn Kindzerska yalnız turnirin çempionu, yaponiyalı Sone Akiraya uduzub.

Qeyd edək ki, Zaqreb Qran-Prisində 86 ölkədən 552 cüdoçu mübarizə aparıb.

Xəbər 808 dəfə oxundu.