Braziliyaya və Bolqarıstana gedənlər bəlli oldu
Respublika Şahmat Mərkəzində yeniyetmələr arasında Azərbaycan çempionatı keçirilib. 18-yaşadək gənclər arasında qalib adını 6 xal toplayan Zaur Məmmədov qazanıb. Hərəyə 5,5 xala malik Orxan Huseyn və Anar Ələkbərov, müvafiq olaraq, 2-ci və 3-cü yerləri tutublar. Hər üç mükafatçı Bakı təmsilçisidir. 16-yaşadək oğlanların brinciliyində Amil Abbasov (Gəncə) 9 xalla çempion olub. Misrəddin İsgəndərov (Sumqayıt) 8,5 xalla gümüş, Şücaət Orucov (Masallı) 8 xalla bürünc medala sahib çıxıblar.
14-yaşlı oğlanların yarışında Ülvi Sadıqov (Bakı) 9 xal toplayıb və eyni xala malik Elxan Bayramovu (Bakı) əlavə göstəricilərə görə qabaqlayaraq, ölkə çempionu olub. Bürünc medalı 8,5 xal yığan Elvin Bayramov (Quba) qazanıb.
18-yaşadək qızlar arasında 9,5 xal toplayan Xəyal Abdulla qalib olub. Hərəyə 9 xal toplayan Səbinə Quliyeva (Göyçay) və Nərmin Kazımova (Bakı) müvaifiq olaraq, 2-ci və 3-cü olublar.
16-yaşlı qızların mübarizəsində Gəncə şahmatçıları fəal olublar. Onlardan Ülviyyə Fətəliyeva 10,5 xalla 1-ci, Səbinə İbrahimova 10 xalla 2-ci yeri tutublar. Paytaxt təmsilçisi Nərmin Söyünlü 9 xalla 3-cü olub.
14-yaşadək qızların yarışında 9,5 xalla Aytən Əmrayeva (Bakı) 1-ci, eyni nəticə ilə Günay Nəsirova (Bakı) 2-ci mükafata sahib çıxıblar. 3-cülüyü 8 xalla Lalə Firidunlu (Beyləqan) əldə edib.
Çempionatda hər yaş qrupunda 1-ci yeri tutan şahmatçılar 17-27 noyabrda Braziliyanın Kaldas Novas şəhərində keçiriləcək yeniyetmələrin dünya çempionatında, ikinci pillənin sahibləri 17-27 sentyabrda Bolqarıstanın Albena şəhərində keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.
Bu ayın ikinci yarısında keçiriləcək 20 yaşadək gənc oğlan və qızlar arasında Azərbaycan birinciliyində isə avqustun 2-15-də Hindistanın Çennay şəhərində keçiriləsi müvafiq yaşda dünya çempionatına yollanacaq şahmatçılarımız müəyyənləşəcəklər.

Xəbər 2557 dəfə oxundu.