Oğlan və qız tennisçilərin fərdi yarışlarında bürünc və qızıl medallar uğrunda görüşlər keçirilir
İyulun 27-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının sonuncu günündə həm qızların, həm də oğlanların yarışlarında bürünc və qızıl medallar uğrunda görüşlər keçirilir.

Bakı Tennis Akademiyasında keçirilən yarışda oğlanların mübarizəsində bürünc medal uğrunda italiyalı Nikkolo Çiavarella çexiyalı Hinek Barton, qız tennisçilərdə isə çexiyalı Dominika Salkova fransalı Ouşen Babel ilə qarşılaşırlar.

Finalda isə oğlanlardan ispaniyalı Daniel Merida latviyalı Vilius Qaubas ilə üz-üzə gəliblər. Qızların yarışında isə çempion adı uğrunda rusiyalı Mariya Şoloxova britaniyalı Matilda Mutavdziç ilə görüşür.

Xəbər 1315 dəfə oxundu.