Səməd Məmmədli XV Avropa Gənclər Yay Olimpiya Festivalında gümüş medal qazanıb
Azərbaycan atleti XV Avropa Gənclər Yay Olimpiya Festivalının idman gimnastikası yarışlarında gümüş medal qazanıb.

Gimnastımız dəstəli at yarışlarında uğurla çıxış edərək 13,600 xal toplayıb. O, bu nəticə ilə gümüş medala sahib olub.

Gimnastımız sərbəst hərəkətlərdə isə 13,733 xal toplayaraq altıncı yerdə qərarlaşıb.

Milli Gimnastika Arenasında keçirilən yarışlarda Avropanın 37 ölkəsinin idmançıları mübarizə aparırlar.

Festivalın idman gimnastikası yarışlarına iyulun 27-də yekun vurulacaq.

Xəbər 1321 dəfə oxundu.