Festivalda tennis üzrə oğlanların yarışında Litva və İspaniya idmançıları finala vəsiqə qazanıblar
XV Avropa Gənclər Yay Olimpiya Festivalında tennis üzrə oğlanların fərdi yarışında finalçılar müəyyənləşib.

Yarışın finalında Litva və İspaniya tennisçiləri qızıl medal uğrunda mübarizə aparacaqlar.

Bakı Tennis Akademiyasında keçirilən yarımfinal qarşılaşmasında ispaniyalı Daniel Merida italiyalı Nikkolo Çiavarellaya 2:0 (7:6, 7:6) hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb. Digər görüşdə isə latviyalı Vilius Qaubas çexiyalı tennisçi Hinek Bartonu məğlubiyyətə uğradıb - 2:0 (6:4, 6:3).

Xəbər 1142 dəfə oxundu.