Üzgüçümüz Məryəm Şeyxəlizadəxangah final mərhələsinə vəsiqə uğrunda yarışacaq
İyulun 26-da festivalın üzgüçülük yarışlarının sonuncu günündə Azərbaycanın üç atleti mübarizəyə qoşulub.

Məryəm Şeyxəlizadəxangah 50 metr, Aysel Səfərova 800 metr məsafəyə sərbəst, Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışlarında qüvvələrini sınayıblar. M.Şeyxəlizadəxangah təsnifat mərhələsində 26.72 saniyə nəticə göstərərək yarımfinalda mübarizə aparmaq imkanı əldə edib. Təmsilçimiz yarımfinalda Nina Stanisavleviç (Serbiya), Evelin Deyvis (Böyük Britaniya), Bianka Kostea (Rumıniya), Karmen Veyler Sastr (İspaniya), Milou Van Viyk (Hollandiya), Darya Trofimova (Rusiya), Amelie Zaxenhuber (Almaniya), Nikol Riççi (İtaliya), Lyusil Tessariol (Fransa), Beatriks Tanko (Macarıstan), Darya Qolovati (İsrail), Hanna Sultanava (Belarus), Meric Demirtepe (Türkiyə), Lilliyan Slusna (Slovakiya) və Natali Tuzilova (Çexiya) ilə bir yarışda gücünü sınayacaq.

Aysel Səfərova 800 metr məsafəyə sərbəst üzmə yarışında finişə 9 dəqiqə 49 saniyəyə çatıb. Yarışın davamı axşam sessiyasında keçiriləcək.

Elyar Cahangirbəyov isə 400 metr məsafəyə fərdi qaydada qarışıq üzmə yarışında 4 dəqiqə 55.73 saniyə nəticə göstərib. Bu nəticə təmsilçimizin finala keçməsinə kifayət etməyib. Finalda İlya Borodin (Rusiya), Luka De Tullio (İtaliya), Yakub Bursa (Jakub Bursa) (Çexiya), Hubert Kos ( Macarıstan), Sedrik Buessinq (Almaniya), Vasilyos Sofikitis (Yunanıstan), Frantisek Ceyblsnik (Frantisek Jablcnik) (Slovakiya) və Heorhi Lukaşev (Ukrayna) çempionluq uğrunda yarışacaqlar.

Bundan əlavə, həm qızlar, həm də oğlanlar arasında 4x100 metr məsafəyə qarışıq üzmə yarışlarında finala vəsiqəni qızlardan Almaniya, Rusiya, İtaliya, Fransa, Türkiyə, Böyük Britaniya, İspaniya və Macarıstan atletləri təmin ediblər. Oğlanların yarışında isə Rusiya, Fransa, Böyük Britaniya, Türkiyə, Belarus, Almaniya, İsrail və Polşa təmsilçiləri medallar uğrunda mübarizə şansı əldə ediblər.

Üzgüçülük yarışlarının son qaliblərinin adlarına axşam sessiyasında aydınlıq gələcək. Axşam sessiyası saat 17:00-da başlayacaq.

Xəbər 1074 dəfə oxundu.