EYOF Bakı 2019-da velosiped idmanı üzrə oğlanlar arasında yarışa start verilib
XV Avropa Yay Gənclər İdman Festivalı (EYOF Bakı 2019) çərçivəsində velosiped idmanı üzrə oğlanlar arasında yarışa start verilib.

Medallar uğrunda 30-dan çox ölkədən 91 velosipedçi (50 km) mübarizə aparır.

Yürüşdə idmançılarımız Nofəl Nuriyev, Nikita Sitov, Mustafa Muxtarlı iştirak edirlər.

Xatırladaq ki, bu gün səhər qızlar arasında qrup yürüşü olub. Yarışda 75 idmançı iştirak edib. Yürüşün yekunlarına görə, Zoe Bakstedt (Böyük Britaniya) qızıl (1:21.00), Françeska Barale (İtaliya) gümüş (1:22.04), Alena İvançenko (Rusiya) bürünc (1:22.09) medallar qazanıblar.

Xəbər 1160 dəfə oxundu.