Çimərlik futbolu üzrə Azərbaycan millisi İspaniya yığması ilə qarşılaşıb
Moskvada təşkil olunan dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirib.

İspaniya yığması ilə qarşılaşma rəqibin 9:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində Amid Nəzərov dubl edib, digər qolu Sabir Allahquliyev vurub.

Millimiz növbəti oyununu bu gün Rusiya yığmasına qarşı keçirəcək. Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə saat 21:00-da deyil, 19:45-də başlayacaq.

Xəbər 1125 dəfə oxundu.