Cüdoçumuz "EYOF Bakı 2019"un bürünc medalı uğrunda mübarizə aparacaq
Azərbaycan cüdoçusu XV Avropa Gənclər Olimpiya Festivalının bürünc medalı uğrunda mübarizə aparacaq.

Mübarizəyə səkkizdəbir finaldan başlayan Mətin Rzazadə (66 kq) Elquca Şinçaraşviliyə (Gürcüstan) qalib gəlsə də, növbəti mərhələdə rusiyalı Sayxan Şabixanova məğlub olub.

Təsəlliverici görüşdə iştirak hüququ qazanan idmançımız əvvəlcə kosovolu Festim Begiriyə, daha sonra çexiyalı Filip İvankaya qalib gələrək üçüncü yer uğrunda mübarizə aparmaq şansı əldə edib.

Xəbər 1132 dəfə oxundu.