Cüdoçularımız “EYOF Bakı 2019”un yarımfinalına vəsiqə qazanıblar
Azərbaycan cüdoçuları XV Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edərək yarımfinala vəsiqə qazanıblar.

Mübarizəyə səkkizdəbir finaldan başlayan komandamızın bayraqdarı Vüqar Talıbov (73 kq) əvvəlcə Dzianis Yauseyenkanı (Belarus), sonra çexiyalı Adam Kopeçkini ipponla məğlub edərək yarımfinala adlayıb.

Aytac Qardaşxanlı (57 kq) isə dörddəbir finalda rumıniyalı Florentina İvaneskuya qızıl xalla qalib gələrək yarımfinala vəsiqə qazanıb. İdmançımız onaltıdabir finalda Erika Vauhkonen (Finlandiya), səkkizdəbir finalda isə Böyük Britaniya təmsilçisi İzobel Kitçen ilə görüşlərdə ipponla qalib gəlib.

Xəbər 1101 dəfə oxundu.