Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının dördüncü gününə start verilib
İyulun 25-də "EYOF Bakı 2019" XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının dördüncü gününə start verilib.

Gün ərzində yarışlar iki sessiyada keçiriləcək. Səhər sessiyasında atletlər 100 metr məsafəyə maneələrlə qaçış, 800 metr məsafəyə qaçış, hündürlüyə tullanma, nüvəitələmə, nizəatma və çoxnövçülük üzrə mübarizə aparacaqlar. Axşam sessiyasında 200, 400, 2000 metr məsafəyə qaçış, 400 metr məsafəyə maneələrlə qaçış, şüvüllə tullanma, uzunluğa tullanma, çəkicatma və çoxnövçülük yarışlarının final mərhələləri keçiriləcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən yarışlarda 36 ölkədən 641 idmançı qoşulub. Azərbaycan bu yarışlara 18 idmançı ilə qatılıb.

"EYOF 2019"un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.

Xəbər 1117 dəfə oxundu.