“EYOF Bakı 2019”: Oğlanlar arasında 50 metr məsafəyə sərbəst üzmə yarışları başlayıb
İyulun 25-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının Bakı Su İdmanı Sarayında keçirilən üzgüçülük yarışlarının dördüncü günü oğlanlar arasında 50 metr məsafəyə sərbəst üzmə yarışları ilə başlayıb.

Bu yarışda Azərbaycanı Maksim Petrenko təmsil edir. Təmsilçimiz bu gün, həmçinin 200 metr məsafəyə sərbəst üzmə yarışında da mübarizə aparacaq. Digər üzgüçümüz Ramil Vəlizadə isə 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında qüvvəsini sınayacaq.

Qeyd edək ki, səhər sessiyasında, həmçinin qızlar 100 metr məsafəyə arxası üstə, brass, 200 metr məsafəyə fərdi qaydada qarışıq, oğlanlar isə 100 metr məsafəyə brass üsulla üzmə yarışlarında mübarizə aparacaqlar. Bununla yanaşı, 4x100 metr məsafəyə qarışıq üzmə yarışları da keçiriləcək.

Axşam sessiyasında isə finalçılar və qaliblərin adları məlum olacaq.

Xəbər 1123 dəfə oxundu.