Şəhriyar Məmmədyarov Maksim Vaşe-Laqrava qalib gələrək Qran-Prinin qalibi olub
FIDE-nin və “World Chess” şirkətinin Riqada birgə təşkil etdiyi “Grand Prix 2019” seriyasının ikinci mərhələsi başa çatıb.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov finalda Fransa təmsilçisi Maksim Vaşe-Laqravı məğlub edərək Qran-Prinin qalibi olub. Xatırladaq ki, təmsilçimiz səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.

Qeyd edək ki, “Grand Prix 2019”seriyasının seriyasının birinci mərhələsi bu ilin may ayında Moskva şəhərində keçirilib. Şahmatçılarımız Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov birinci mərhələdə ilk raundda uduzduqları üçün turnirlə vidalaşmalı olublar.

Qran-Pri turnirinin növbəti mərhələləri Hamburq (4-18 noyabr) və Təl-Əvivdə (10-24 dekabr) keçiriləcək.

Xəbər 748 dəfə oxundu.