“EYOF Bakı 2019”: Oğlan tennisçilərin fərdi yarışlarında dörddəbir finalın iştirakçıları məlum olub
İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışlarının dördüncü günündə oğlanlar arasında səkkizdəbir final mərhələsinə yekun vurulub.

Bakı Tennis Akademiyasında keçirilən yarışlarda çexiyalı Mattev Villiam Donald türkiyəli Toqan Tokaçı 2:0 (6:2, 6:3), çexiyalı Hinek Barton isveçrəli Till Brunneri 2:0 (6:1, 6:0) hesabı ilə məğlub edib. Səkkizdəbir finalın digər görüşlərində ispaniyalı Daniel Merida almaniyalı Oliver Olssonu 2:0 (6:3,6:0), latviyalı Vilius Qaubas estoniyalı Andreas Sillasteni 2:0 (6:4,6:3), rumıniyalı Andrey Voykan rusiyalı Nikita Boçkarevi 2:0 (6:3, 6:1), italiyalı Nikkolo Çiavarella israilli Ron Elluku 2:0 (6:0, 6:1) hesabı ilə məğlubiyyətə uğradıblar. Digər qarşılaşmalarda isə belçikalı Noah Merre portuqaliyalı Daniel İvanovu 2:0 (6:2, 6:3), italiyalı Daniele Miniçini rumıniyalı Alin Fatunu 2:0 (6:1, 6:4) mübarizədən kənarlaşdıraraq növbəti mərhələyə yüksəliblər.

Xəbər 1151 dəfə oxundu.