Zeedorfla İnzaginin vidası
Klarens Zeedorf və Filippo İnzagi İtaliya «A» Seriyasının sonuncu turunda «Novara»ya qarşı oyunda ilk dəqiqələrdən meydana çıxmalıdılar. İdman.com.az saytının məlumatına görə, «qara-qırmızılar»ın heyətində 10 uğurlu il keçirdikdən sonra niderlandlı yarımmüdafiəçi və italyan forvard bu komandada öz çıxışlarını başa vuracaqlar.

Klub rəhbərliyi artıq skudetto mübarizəsi əldən verildikdən sonra bu iki futbolçuya San Siroda meydana çıxmağa imkan verəcək ki, yerli azarkeşlər sonuncu dəfə onların oyunundan həzz ala bilsinlər və «Milan»a göstərdikləri xidmətlərə görə onları layiqli alqışlarla yola salsınlar.

Xəbər 1034 dəfə oxundu.