Çimərlik futbolu üzrə millimiz növbəti mərhələyə yüksəlib
Rusiyanın paytaxtı Moskvada təşkil olunan çimərlik futbolu üzrə dünya çempionatının seçmə oyunlarının 1/16 final mərhələsində Azərbaycan milli komandası bu gün Macarıstan yığması ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün yerinə yetirilən penalti seriyasında futbolçularımız daha dəqiq oynayıb və komandamız 2:1 hesabı ilə qalib gəlib. Oyun zamanı Sabir Allahquliyevin dubl edib, digər qolu isə Comərd Baxşəliyev vurub.

Növbəti mərhələyə yüksələn millimiz Rusiya, İspaniya və İsveçrə yığması ilə bir qrupda mübarizə aparacaq. Oyunların təqvimi bugünkü qarşılaşmalar başa çatdıqdan sonra müəyyənləşəcək.

Xəbər 719 dəfə oxundu.