Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının sonuncu günündə yunan-Roma pəhləvanımız Elmir Əliyev (51 kq) komandamızın 5-ci qızıl medalını qazanıb.

İdmançımız finalda ukraynalı Sanya Yakovlev üzərində inamla qələbə qazanaraq qızıl medala sahib olub.

Qeyd edək ki, E.Əliyev səkkizdəbir finalda norveçli Kristoffer Andreseni (8:0) dörddəbir finalda rumıniyalı Romania Nihaini (2:1), yarımfinalda gürcüstanlı Nukri Benidzeni (6:1) məğlub edib.

Bu çəki dərəcəsində bürünc medal uğrunda görüşlərdə polşalı Pyotr Stolarzik türkiyəli İlhan Aldını, gürcüstanlı Nukri Benidze isə rumıniyalı Denis-Florin Mihaini məğlubiyyətə uğradıblar.

Xəbər 1149 dəfə oxundu.