Dida dünya çempinatında oynayacaq
İtaliya «Milan»ının məşhur braziliyalı qapıçısı, 2 il öncə futbolçu karyerasını başa vurmuş Nelson Dida yenidən futbola qayıdır. Ancaq onun qayıdışı yaşıl meydana deyil, qum üzərinə olacaq. İdman.com.az saytı xəbər verir ki, Dida elə «Milan»ın heyətində çimərlik futbolu üzrə klub çempionatında iştirak edəcək.

Həmin yarış mayın 12-dən 19-na kimi Braziliyanın Sn Paulo şəhərində keçiriləcək.
38 yaşlı futbolçu özü bu qayıdışı belə şərh edir: «Bu, mənim çimərlik futbolunda ilk təcrübəm olacaq. Məncə, bu, maraqlı olacaq. Şübhəsiz, bu, yaxşı təcrübədi. Buna görədə belə imkanı əldən vermək istəmirəm».

Xəbər 1103 dəfə oxundu.