“EYOF Bakı 2019”: güləşçilərimiz mübarizəyə qələbə ilə başlayıblar
İyulun 23-də XV Avropa Gənclər Olimpiya Festivalının güləş yarışlarının üçüncü günündə Azərbaycan pəhləvanları mübarizəyə uğurla başlayıblar.

Yeddi çəki dərəcəsinin hamısında təmsil olunan Azərbaycan komandasının üzvlərindən yunan-Roma güləşçisi Xasay Həsənli (65 kq) təsnifat mərhələsində yunanıstanlı Fotios Bukisi 7:0, Elmir Əliyev (51 kq) isə səkkizdəbir finalda norveçli Kristoffer Andreseni 8:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəliblər.

Sərbəst güləş yarışlarında isə səkkizdəbir finalda mübarizə aparan Cəbrayıl Hacıyev (65 kq) gürcüstanlı Davit Patsinaşvilini 13:3, Kənan Heybətov (51 kq) ukraynalı İvan Terzini 12:2 hesabla məğlubiyyətə uğradıblar.

Qadın güləşi üzrə isə səkkizdəbir finalda Nigar Mirzəzadə (65 kq) almaniyalı Mari Trautmana (8:0) qalib gəlib.

Bu yarışlardakı digər təmsilçilərimiz Elnurə Məmmədova (53 kq) səkkizdəbir finalda macarıstanlı Flora Vizi, Birgül Soltanova (57 kq) isə rusiyalı Dariya Manuil qarşılaşacaqlar.

Güləş yarışları davam edir.

Xəbər 557 dəfə oxundu.