Avropa Gənclər Yay Olimpiya Festivalında idman gimnastikası yarışları başlayıb
XV Avropa Gənclər Yay Olimpiya Festivalının üçüncü günündə - iyulun 23-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara start verilib.

Yarışda ölkəmizi 4 gimnast – Səməd Məmmədli, Ağakazım Rüstəmov, Mənsum Səfərov və Milana Minakovskaya təmsil edirlər.

İdman gimnastikası yarışlarının ilk günündə kişi gimnastlarımız mübarizə aparırlar. Onlar müxtəlif hərəkətlər və çoxnövçülükdə yarışırlar.

Xəbər 536 dəfə oxundu.