Bakı Su İdmanı Sarayında üzgüçülük yarışlarının ikinci gününə start verilib
İyulun 23-də Bakı Su İdmanı Sarayında keçirilən “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında üzgüçülük yarışlarının ikinci gününə start verilib.

Yarışın səhər sessiyasında 100, 400, 1500 metr məsafəyə sərbəst, 200 metr məsafəyə batterflay, brass, fərdi qaydada qarışıq üzmə yarışları keçiriləcək. Həmçinin üzgüçülər 4x100 metr məsafəyə qarışıq sərbəst ötürmə yarışlarında qüvvələrini sınayacaqlar. Axşam sessiyasında isə yarımfinal və final mərhələsi keçiriləcək.

İkinci yarış günündə Azərbaycan üzgüçüləri Maksim Petrenko 100 metr məsafəyə sərbəst, Aysel Səfərova 400 metr məsafəyə sərbəst, Ramil Vəlizadə 200 metr məsafəyə batterflay, Rəşad Alquliyev 1500 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında mübarizə aparacaqlar.

Xəbər 438 dəfə oxundu.