Binəqədidə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib
İyulun 19-da Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Şahmat günü münasibətilə qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib.

Yeniyetmə və gənclər arasında keçirilən turnirin yekun nəticələrinə görə birinci yerə Sübhan Qədirov, ikinciyə Vüsal Vəliyev, üçüncüyə Məhəmməd Bağırov layiq görülüb.
Qaliblərin mükafatlandırılması mərasimində Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov iştirak edib.

Qaliblərə Vüqar Həşimov Şahmat Akademiyası tərəfindən hədiyyələr təqdim edilib.

Xəbər 800 dəfə oxundu.