İtki: “Qarabağ” avrokuboklardan kənar qaldı
Bu gün Unibank Premyer Liqasında son turun oyunlarına start verilib. İdman.com.az saytının məlumatına görə, XXXII turda ilk “altılığ”ın oyunları avrokuboklara son 2 vəsiqənin sahibinə aydınlıq gətirib. “Xəzər Lənkəran”la “İnter”in ev matçlarında qazandığı qələbələrlə Avroliqaya vəsiqə qazanıblar. Bununla da “gəmiqayıranlar” ardıcıl 2-ci il gümüş, “İnter” isə tarixində ilk dəfə bürünc medalçı olur.

Son 3 ildə avrokuboklarda ölkəmizin ən yaxşı təmsilçisi olan “Qarabağ” isə bu dəfə kənarda qalıb. Ağdamlılar Lənkərandakı oyunun hələ ilk hissəsində buraxdığı 3 qolla şanslarını itirərək, sonda darmadağından da qaça bilməyib. Lənkərandakı nəticədən rahatlaşan “İnter”ə 3-cü yeri ağdamlıların əlindən alıb, bürünc medalçı olmaq üçün “Bakı” ilə ev oyununda 1 xal da yetərli olsa da, 2-ci hissədə vurduğu qolla qalib gələ bilib.

“Neftçi”nin avrokuboklara şansını itirən “Qəbələ”yən gözlənilmədən uduzaraq, mövsümü məğlubiyyətlə başa vurub. Həmin matçdan dərhal sonra mükafatlandırılma mərasimi olub. Belə ki, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev matçın keçirildiyi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Neftçi”nin əvəzedicilərindən sonra əsas komandasına çempionluq kubokunu təqdim edib.

Qeyd edək ki, ardıcıl 2-ci mövsüm qızıl medalçı olmağını sona 3 tur qalmış həll edən “Neftçi” ölkəmizi Çempionlar Liqasında, “Bakı” isə kubokun finalçısı kimi Avroliqada təmsil etmək hüququ qazanıb. Bu komandalar arasında mayın 17-də keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə həm titulu kimin qazanacağı bilinəcək, həm də cari mövsümə yekun vurulacaq.

Unibank Premyer Liqası. XXXII tur
11 may. Final mərhələsi, ilk “altılığ”

“Xəzər Lənkəran” – “Qarabağ” - 4:1
Qol: Sadio Tounkara, 7; Rendal Brenes, 22; Eder Bonfim ,32, 65 - Rauf Əliyev, 70-pen
Qırmızı vərəqə Elvin Beçiri, 68
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, İnqilab Məmmədov
Lənkəran. Şəhər mərkəzi stadionu

“İnter” – “Bakı” - 1:0
Qol: Baçana Sxadadze, 65
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, Elşən Acalov, Rəhim Həsənov
Bakı. “Şəfa” stadionu

“Neftçi” – “Qəbələ” - 0:1
Qol: Ürfan Abbasov, 88
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Munis Abdullayev, Rauf Cabbarov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

Xəbər 1042 dəfə oxundu.