“Bakı 2019” komandası “I Əkinçi Kuboku” turnirinin qalibi olub
Jurnalistlər arasında Milli Mətbuat Gününə həsr olunmuş minifutbol üzrə “I Əkinçi Kuboku” turniri keçirilib.

12 komandanın iştirak etdiyi yarış Olimpiya sistemi üzrə keçirilib. Əsas mərhələyə yüksələn 3 komanda arasında qalib dairəvi sistem üzrə məlum edib. “Internasional” iki oyunun nəticəsinə görə, üçüncü yeri tutub. “İdman Azərbaycan” yarışı ikinci pillədə başa vurub. “Bakı 2019” komandası isə turnirin qalibi olub.

Oyunlar başa çatdıqdan sonra mükaftalandırma mərasimi təşkil olunub.

Turnirin “ən yaxşı qapıçısı” “İdman Azərbaycan” komandasının qolkiperi Ramiz Mirzəzadə seçilib. Yarışın bombardiri isə Elnur Əşrəfoğlu (“Bakı 2019”) olub.

“II Əkinçi Kuboku” gələn ilin aprelində keçiriləcək.

Xəbər 491 dəfə oxundu.