AFFA-nın əməkdaşı UEFA tərəfindən yeni təyinat alıb
AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA tərəfindən yeni təyinat alıb.

S.Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Fehervar” (Macarıstan) – “Vaduz” (Lixtenşteyn) oyununun UEFA nümayəndəsi olacaq.

Matç iyulun 25-də Felcsut şəhərindəki Panço Arenada keçiriləcək.

Xəbər 733 dəfə oxundu.