Qadın boksçularımızın opponentləri müəyyənləşib
Çinin Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatının püşkü atılıb. İdman.com.az saytının məlumatına görə, Azərbaycan milli komandamısın hər 2 üzvü – Ayzinət Hacıyeva (60 kq) və Yelena Vıstropova (75 kq) 1/32 final mərhələsindən mübarizəyə başlayacaqlar.

İlk adı çəkilən təmsilçimiza ilk döyüşdə Hindistan nümayəndəsi Sarita Devi Laişramla üz-üzə gələcək. 30 yaşlı rəqib boksçu dəfələrlə Asiya çempionatının qalibi olub. O, 2001-ci ildən beynəlxalq yarışlara qatılır. Haciyeva ilk döyüşünü qələbə ilə başa vursa, növbəti mərhələdə tanınmış Türkiyə boksçusu Gülsüm Tatarla qarşılaşacaq. Tatar dünya və Avropa çempionudur.

Digər idmançımız ilk görünü belaruslu Viktoriya Kebikovaya qarşı keçirəcək. Əgər boksçumuz qalib gəlsə, 1/16 finalda onun rəqibi Braziliya idmançısı Roselli Feitosa olacaq. O, bu il Kandada keçirilən Panamerika çempionatında 3-cü olub.

Azərbaycan boksçuları ilk döyüşlərini sabah keçirəcəklər. Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatı mayın 19-a kimi davam edəcək.

Xəbər 1074 dəfə oxundu.