Dünyaca məşhur UFC və MMA döyüşçüsü “Judo Club 2012”də seminar keçəcək
Əfsanəvi braziliyalı döyüşçü, adı UFC-nin fəxri zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi Bakıya gəlir. “Qodzilla” qrupun və Azərbaycan Ciu-Citsu Federasiyasının təşkilatçılığı ilə ölkəmizdə səfərdə olacaq 5 qat UFC çempionu paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012”də seminar keçəcək.

Dünyaca məşhur UFC və MMA döyüşçüsü seminarda ciu-citsu döyüş sənətinin nəzəriyyəsindən danışacaq və idmançılara müxtəlif döyüş fəndlərinin icrasını göstərəcək.

Seminar iyulun 20-də saat 17:00-da “Judo Club 2012”nin idman zalında təşkil olunacaq.

Tədbirdə tanınmış idmançılarla yanaşı, federasiya prezidentlərinin də iştirakı gözlənilir.

Məlumat üçün qeyd edək ki, dünyaca məşhur, UFC və MMA əfsanəsi, məğlub edilməz, Oktaqonun yaradıcısı, braziliyalı ciu-citsu ustası Roys Qreysi bu idman növünün dünyada tanınmasının əsas səbəbkarıdır. 5 qat UFC çempionu olan R.Qreysinin adı UFC-nin fəxri zalına daxil edilib.

Xəbər 1120 dəfə oxundu.